Məşhur güləşçi karyerasını başa vurdu

19:12 - 14 Dekabr 2025

Məşhur güləşçi karyerasını başa vurdu

48 yaşlı amerikalı peşəkar güləşçi (restler) və kino aktyoru Con Sina "World Wrestling Entertainment" (WWE) üçün son görüşündə iştirak edib.


Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən turnirdə o, qarşılaşmasında Günterə məğlub olub.

Döyüşdən sonra Sina tamaşaçılarla vidalaşıb və karyerasını bitirməsinin əlaməti olaraq ayaqqabılarını rinqdə qoyub.

Qeyd edək ki, Sina 1998-ci ildə restlinq karyerasına başlayıb və 2002-ci ildə WWE çərçivəsində televiziya debütünü edib. Karyerası ərzində o, 17 titulla rekord qırıb.

Sina, həmçinin 2000-ci illərin ortalarında aktyorluq karyerasına da başlayıb. Onun rol aldığı məşhur filmlər arasında "Jarhead", "Suicide Squad", "Fast & Furious" filminin 9 və 10-cu hissələri də var.

"Forbes" jurnalının məlumatına görə, Sina 2024-cü ildə 23 milyon dollar gəlirlə dünyanın ən çox qazanan 16-cı aktyoru olub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az