Qətərin paytaxtı Doha şəhərində keçirilən “Olympic Stars Rhythmic Gymnastics Championship” beynəlxalq yarışında Azərbaycanlı yeniyetmə gimnast Züleyxa Şabanova böyük uğura imza atıb.
Manset.az xəbər verir ki, “ProSport” Gimnastika Klubunun üzvü olan Z.Şabanova 2014-cü il təvəllüdlü gimnastlar arasında halqa, gürzlər və çoxnövçülük üzrə yarışaraq bütün rəqiblərini geridə qoyub. O, bu kateqoriyalar üzrə 3 qızıl medal qazanaraq kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, Züleyxa Şabanovanın geridə qoyduğu rəqiblər arasında Ermənistandan olan gimnast da yer alıb.