İngiltərə klubunda yeni antirekord

09:25 - 15 Dekabr 2025

İngiltərə klubunda yeni antirekord

İngiltərə Premyer Liqasının 16-cı turunda "Vulverhempton" tarixində yeni antirekordlara imza atıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Arsenal"a 1:2 hesabı ilə uduzan komanda Premyer Liqada ardıcıl doqquz matçında məğlubiyyət seriyası ilə klub tarixində ilk dəfə belə göstəriciyə çatıb. Eyni zamanda çempionatdakı qələbəsiz oyun seriyası 20-ə yüksəlib ki, bu da komanda üçün yeni mənfi rekord hesab olunur.

13 dekabr

"Vulverhempton" – "Arsenal" - 1:2

Qollar: T.Arokodare, 90 – S.Constoun, 70 (öz qapısına), Y.Moskera, 90+4 (öz qapısına)

Turnir cədvəlində vəziyyət “Vulverhempton” üçün kritik olaraq qalır. Belə ki, 16 turdan sonra yalnız 2 xal toplayan komanda sonuncu pillədədir. "Arsenal" isə aktivindəki 36 xal ilə liderliyini qoruyur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az