“Qarabağ”a ikinci rəsmi transfer təklifi

15:48 - 20 Dekabr 2025

“Qarabağ”a ikinci rəsmi transfer təklifi

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyo ilə bağlı ikinci rəsmi təklifini göndərib.


Manset.az Qol.az-a istinadən xəbər verir kj, bu dəfə də təklif icarə + satınalma opsiyası formatındadır.

Lakin Rio-de-Janeyro təmsilçisi qısa müddətdə ödəniləcək məbləği artırıb. Məhz maliyyə şərtləri əvvəlki təklifin “Qarabağ” tərəfindən rədd edilməsinin əsas səbəbi olub.

Qeyd olunur ki, dayaq yarımmüdafiəçisi transferi “Botafoqo”nun yay transfer pəncərəsində əsas prioritetlərindən biridir. Klub Pedro Bikalyo ilə yanaşı, hazırda Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Julio Romaonu da heyətinə qatmaq istəyir.

Danışıqlar futbolçunu agenti Breno Şartye (Dunkirk Sports) tərəfindən aparılır. Hələlik Pedro Bikalyo ilə “Botafoqo” arasında maaş məsələsi müzakirə olunmayıb. Bununla belə, futbolçunun Braziliya futboluna mümkün qayıdışa müsbət yanaşdığı bildirilir.

Xatırladaq ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras”ın akademiyalarında yetişib və peşəkar debütünü də “Palmeyras”da edib. Daha sonra Portuqaliyada “Santa Klara” və “Alverka” klublarında çıxış edən yarımmüdafiəçi bu yay “Qarabağ”a keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az