"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi

16:10 - 20 Dekabr 2025

\"Neftçi\" \"Karvan-Yevlax\"a qalib gəldi

Misli Premyer Liqasının XVI turunda "Neftçi" səfərdə "Karvan-Yevlax"la üz-üzə gəlib.


Manset.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan oyun Bakı kollektivinin 2:1 hesablı qələbəsi ilə bitib.

Meydan sahiblərinin heyətində 45+9-cu dəqiqədə Araz Abdullayev penalti zərbəsindən hesabı açıb. 61-ci dəqiqədə Bassala Sambu qonaqların bərabərlik qoluna imza atıb. "Ağ-qaralar"a qalibiyyət gətirən qolu isə Emin Mahmudov vurub. Kapitan 90+7-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Tərəflər arasında I dövrədə keçirilən oyun bərabərə bitmişdi - 0:0.

"Neftçi" 20 xalla 8-ci yerdə qərarlaşıb. Hesabında 6 xal olan "Karvan-Yevlax" 12 komandanın sıralamasında sonuncudur.

Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. XVI tura dekabrın 22-də yekun vurulacaq



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az