"Sabah" Premyer Liqada "qış çempionu" oldu

22:17 - 22 Dekabr 2025

\"Sabah\" Premyer Liqada \"qış çempionu\" oldu

"Sabah" Misli Premyer Liqasında 2025/2026 mövsümünün "qış çempionu" olub.


Manset.az xəbər verir ki, "bayquşlar" bu uğura XVI turun və 2025-ci ilin son oyununda "Sumqayıt"a qalib gəlməklə imza atıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.

Qonaqların qollarını Velko Simiç (26, 50) və Keffel Resende (60-avtoqol) vurublar. Meydan sahiblərindən isə Ronaldo Vaskez (66) fərqlənib.

"Sabah" 37 xalla mövsümün ilk yarısını lider kimi başa vurub. "Gənclik şəhəri" təmsilçisi 27 xalla dördüncüdür.

Qeyd edək ki, bu turda "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Qəbələ"ni (2:1), "Araz-Naxçıvan" "Şamaxı"nı (2:0) məğlub edib. "Zirə" - "İmişli" oyununda isə qol vurulmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az