PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

23:04 - 22 Dekabr 2025

PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?

PSJ baş məşqçisi Luis Enrike ilə bağlı tarixi addım atmağa hazırlaşır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Paris klubu dünya futbolunda nadir rast gəlinən qərar üzərində çalışır. Klub rəhbərliyi 55 yaşlı ispaniyalı mütəxəssisə ömürlük müqavilə təklif etməyi planlaşdırır.

Məlumata görə, PSJ rəhbərliyi Enrikeni komanda üçün ideal baş məşqçi hesab edir. Bu səbəbdən ona futbol tarixində ən yüksək maliyyə şərtlərinə malik müqavilələrdən birinin təqdim olunacağı bildirilir.

Qeyd edək ki, Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır və onun hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Təcrübəli mütəxəssis bu müddət ərzində Paris klubuna mühüm uğurlar qazandırıb. PSJ onun rəhbərliyi altında iki dəfə Fransa çempionu olub, Fransa Kubokunu və Superkuboku qazanıb. Ən böyük uğur isə 2024/2025 mövsümündə Çempionlar Liqası və Qitələrarası Kubokun əldə edilməsi hesab olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az