Arda Gülərin maaşı dodaq uçuqlatdı - RƏQƏM

17:34 - 23 Dekabr 2025

Arda Gülərin maaşı dodaq uçuqlatdı - RƏQƏM

"Real Madrid"in oyunçusu Arda Gülərin illik gəliri İspaniyada müzakirələrə səbəb olub. 


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Arda Gülərin illik 5,2 milyon avro olan brüt maaşı İspaniyada gündəm oldu. Fermin Lopez ilə aparılan maaş müqayisəsində, "Real Madrid" və "Barcelona"nın gənc oyunçulara yönəltdikləri fərqli maaş siyasətləri diqqət çəkib.

"Real Madrid"in gənc oyunçulara başdan sona qədər rəqabətli maaşlar təklif etdiyi və bu prosesi marketinq, beynəlxalq tanıtım və mümkün satış potensialı ilə birgə genişmiqyaslı bir investisiya kimi gördüyü qeyd edilib. "Barcelona"nın isə maliyyə məhdudiyyətləri səbəbilə xüsusilə La Masia və rezerv komandadan çıxan oyunçular üçün daha aşağı maaş şkalası tətbiq etdiyi vurğulanıb.

Fermin Lopez bu mövsüm "Barcelona" formasında 18 matçda 7 qol və 4 assistlə diqqət çəkib. İspan futbolçusunun bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir. Arda Gülər isə "Real Madrid"də 31 oyunda 4 qol və 9 assistlik töhfə verib. 20 yaşındakı futbolçunun bazar dəyəri isə 90 milyon avro səviyyəsində qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az