"Liverpool"un rekord transferi Alexander Isak sol ayağındakı fibula sümüklərinin sınığı səbəbiylə əməliyyat olunub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, isveçli hücumçunun ən azı bir neçə ay müddətində sahələrdən uzaq qalması gözlənilir.
"Liverpool" klubu Alexander Isakın sol ayağında sınıq aşkarlandığını və uğurlu bir əməliyyat keçirildiyini açıqlayıb. Oyunçunun meydanlara dönmə vaxtı ilə bağlı dəqiq bir tarix vermədiyi, amma bərpa müddətinin uzun olacağı bildirilib.