"Fənərbağça" klubunun prezidenti saxlanıldı

21:28 - 24 Dekabr 2025

\"Fənərbağça\" klubunun prezidenti saxlanıldı

Türkiyənin "Fənərbağça" klubunun prezidenti Sadəttin Saran narkotiklə bağlı saxlanılıb.


Manset.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.

Bildirilib ki, İstanbul polisi əldə etdiyi yeni sübutlar əsasında Saran haqqında saxlanılma tədbiri həyata keçirib.

O, indi narkotik maddələrin əldə edilməsi, istifadəsi və istifadəsinə şərait yaradılması ittihamları ilə istintaqa cəlb olunub.

Saranın ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılması gözlənilir.

Qeyd edək ki, Sadettin Saran bu ilin sentyabrından "Fənərbağça"da preizdent vəzifəsini icra edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az