Renat Dadaşov “Qarabağ”a təklif olundu

12:48 - 25 Dekabr 2025

Renat Dadaşov “Qarabağ”a təklif olundu

Polşanın “Motor” klubunda çıxış edən millimizin üzvü Renat Dadaşovun karyerasını Azərbaycanda davam etdirə bilər.


Manset.az xəbər verir ki, qış fasiləsində “Motor”dan ayrılacağı, demək olar ki, dəqiqləşən hücumçu hazırda Premyer Liqa klublarımızla danışıq aparır.
Dadaşovun meneceri onun xidmətini ilk olaraq “Qarabağ”a təklif edib. 

Lakin onun “Zirə”yə keçmək ehtimalı da böyükdür. Çünki baş məşqçi Rəşad Sadıqovun 26 yaşlı forvardı sərəncamında görmək istədiyi vurğulanıb.

Əgər “Qarabağ” Dadaşovun xidmətində maraqlı olmasa, o zaman “Zirə” futbolçunun meneceri ilə danışıqları intensivləşdirəcək.

Qeyd edək ki, Renat Dadaşovun “Motor”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. Lakin Lyublin klubu həmyerlimizi transferə çıxarıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az