Futbolçu olmaq istəyənlərin NƏZƏRİNƏ

21:59 - 25 Dekabr 2025

Futbolçu olmaq istəyənlərin NƏZƏRİNƏ

"Kəpəz" Futbol Akademiyası 2026-cı il üçün seçimlərə başlayır.


Manset.az xəbər verir ki, bu barədə "Kəpəz" futbol klubu məlumat yayıb.

Qeyd edilib ki, 2009-2019-cu il təvəllüdlü oğlan və 2014-2016-cı il təvəllüdlü qızlar seleksiya məşqlərinə dəvət olunurlar.

Seçimlər 2026-cı il yanvarın 3-4-də təşkil olunacaq. Seleksiya prosesi klubun Məşq Mərkəzinin meydançasında keçiriləcək və saat 11:00-da başlayacaq.

Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.

Qeydiyyat üçün 051-872-13-15 nömrəsi ilə əlaqə saxlamaq olar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az