Qurban Qurbanov onu satmaq istəmir

13:12 - 27 Dekabr 2025

Qurban Qurbanov onu satmaq istəmir

"Qarabağ" adı Braziliyanın "Vitoriya" klubu ilə hallanan Mateus Silva ilə bağlı qərarını verib.

 

Manset.az Futbolpress.az-a istinadən xəbər verir ki, "atlılar" 28 yaşlı müdafiəçini mövsümün sonuna kimi saxlamaq niyyətindədir. Baş məşqçi Qurban Qurbanov müdafiənin həm cinahında, həm də mərkəzində oynamağı bacaran Silvanın satılmasına qarşıdır.

"Sambaçı"ya hələlik real təklif yoxdur. Şifahi maraq göstərən "Vitoriya" "Qarabağ"la rəsmi təmasa keçməyib.

Mateus 2023-cü ilin sentyabrında Bolqarıstanın "Lokomotiv" klubundan "Qarabağ"a keçib. O, bumövsüm 23 oyunda 1 qol vurub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az