İlin ən yaxşı məşqçilərinin reytinqi

15:44 - 27 Dekabr 2025

İlin ən yaxşı məşqçilərinin reytinqi

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) ilin ən yaxşı məşqçilərinin reytinqini dərc edib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, klub məşqçiləri kateqoriyasında birinci yeri PSJ-nin baş məşqçisi Luis Enrike tutub. İspan mütəxəssis 222 xal toplayıb. İkinci pillədə Enzo Mareska («Çelsi», 60 xal), üçüncü yerdə isə Hans-Diter Flik («Barselona», 57 xal) qərarlaşıb. İlk beşliyi həmçinin Vensan Kompani («Bavariya», 42 xal) və Mikel Arteta («Arsenal», 24 xal) tamamlayıb.

Milli komandalar üzrə məşqçilər siyahısında isə Luis de la Fuente ardıcıl ikinci dəfə ilin ən yaxşısı seçilib. İspaniya millisinin çalışdırıcısı 136 xal toplayıb. İlk beşlikdə onunla yanaşı Roberto Martinez (Portuqaliya, 83 xal), Lionel Skaloni (Argentina, 59 xal), Stole Solbakken (Norveç, 48 xal) və Tomas Tuxel (İngiltərə, 41 xal) yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az