"Neftçi" bu futbolçusu ilə maraqlanır

00:30 - 28 Dekabr 2025

\"Neftçi\" bu futbolçusu ilə maraqlanır

“Neftçi” Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisi Dmitri Topalovla maraqlanır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, tərəflər arasında artıq danışıqlar başlayıb. Paytaxt təmsilçisinin 27 yaşlı futbolçuya ilkin olaraq 6 aylıq müqavilə təklif etdiyi bildirilir. 

Qeyd olunur ki, əgər Topalovun oyun performansı gözləntiləri qarşılayarsa, ona bir illik müqavilə təklif olunacaq.

Məlumata görə, komandanın baş məşqçisi Yuri Vernidub bu transferə maraqlıdır və rəhbərliyə oyunçu barədə müsbət rəy verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az