Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər

20:20 - 28 Dekabr 2025

Tanınmış futbolçu 5 ilə qədər həbs oluna bilər

İngiltərə milli komandasının və “Liverpul”un keçmiş ulduzu Endi Kerroll məhkəmə qərarını pozduğuna görə 5 ilə qədər həbs təhlükəsi ilə üz-üzə qalıb.


Manset.az xəbər verir ki, 36 yaşlı hücumçu qadına qarşı zorakılıq etməmək barədə məhkəmə qadağasını pozmaqda ittiham olunur.

Məlumata görə, futbolçu cari ilin aprel ayında Fransadan qayıdarkən Londonun “Stansted” hava limanında saxlanılıb. İttihama əsasən, o, mart ayında baş vermiş insidentlə bağlı tətbiq edilən qadağa şərtlərini pozaraq zərərçəkmiş şəxslə əlaqə saxlayıb və ya ona yaxınlaşıb. Endi Kerrollun işi üzrə növbəti məhkəmə dinləməsi dekabrın 30-da Çelmsford Magistrat Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, İngiltərə qanunvericiliyinə görə, bu növ məhkəmə qadağalarının pozulması ağır cinayət hesab olunur və şəxs günahkar bilinərsə, onu 5 ilədək həbs gözləyir.

Xatırladaq ki, futbolçunun şəxsi həyatında da çətinliklər davam edir. Belə ki, o, hazırda həyat yoldaşı Billi Maklou ilə boşanma prosesindədir və beş övlad atasıdır.

Onu da bildirək ki, ingiltərəli karyerası ərzində “Liverpul”, “Nyukasl Yunayted” və “Vest Hem” kimi klublarda çıxış edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az