"Qarabağ" qapıçısı ilə vidalaşır? - Dəqiqləşdi

09:59 - 02 Yanvar 2026

\"Qarabağ\" qapıçısı ilə vidalaşır? - Dəqiqləşdi

"Qarabağ" rəhbərliyi komandanın qapıçısı Fabiyan Buntiçlə bağlı qərarını qətiləşdirib.


Manset.az Fanat.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun güvənmədiyi qolkiperə Almaniyadan real təklif var.

Təklifə baxmayaraq, Ağdam təmsilçisi bu qış sözügedən futbolçu ilə vidalaşmaq niyyətində deyil. İkinci qapıçı Şahruddin Məhəmmədəliyevin zədələnərək əməliyyat edilməsi, digər "çərçivə" qoruyucusu Amin Ramazanovun 1-ci Liqa klubu "Zaqatala"da icarədə olması xorvat əsilli almaniyalı oyuncçunun ən azı mövsümün sonuna qədər heyətdə saxlanılmasını vacibə çevirir. 

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasınım əsas mərhələsində 6 tura 7 xal toplayıb. Azərbaycan çempionu pley-offa yüksəlmək şansını itirməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az