UEFA Çempionlar Liqasının son 16 turunda Liverpool ilə qarşılaşacaq olan "Qalatasaray"da oyun əvvəlində 7 futbolçu cəza həddindədir.
Manset.az "Qalatasaray" UEFA Çempionlar Liqasının son 16 turunun ilk matçında bu axşam öz meydanında İngiltərə təmsilçisi "Liverpool"u qəbul edəcək.
Komandada qapıçı Uğurcan Çakır müdafiəçilər İsmail Jakobs, Davinson Sanchez, Abdülkerim Bardakçı və Roland Sallai, hücumçular Noa Lang və Viktor Osimhen, bu axşamki matçda sarı vərəqə alsalar, cavab matçında forma geyə bilməyəcəklər.
Sarı vərəqə cəza həddində olan baş məşqçi Okan Buruk da sarı vərəqə aldığı təqdirdə İngiltərədəki görüşdə texniki zonada yer ala bilməyəcək.
"Liverpool"da isə Conor Bradley və Kərtiz Cones sarı vərəqə cəza həddindədir. İngilis təmsilçisinin zədələnmiş futbolçusu Aleksandr İsak bu axşamki matçda iştirak edə bilməyəcək.