Azər Əliyev sədr təyin edildi 

22:31 - 11 Mart 2026

Azər Əliyev sədr təyin edildi 

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.

 

Modern.az xəbər verir ki, komissiyanın sədri MOK-un baş katibi Azər Əliyev təyin olunub.

Komissiyanın tərkibində Təhminə Tağızadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru, Elgün Səfərov – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri və Fəridə Əzizova – Atletlər Komissiyasının sədri yer alıblar.

Bildirilib ki, komissiya idman mühitində etik dəyərlərin qorunmasına, idmançıların rifahının təmin olunmasına və təhlükəsiz idman mühitinin inkişafına töhfə verəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az