Çempionlar Liqasının 16-cı turunun ilk matçında evində "Liverpool"u 1-0 məğlub edərək əhəmiyyətli üstünlük əldə edən "Qalatasaray" 1/4 final üçün gün saymağa başlayıb. Komanda digər tərəfdən də büdcəsini artırmağa nail olub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray" Çempionlar Liqasının 1/4 finalına yüksəlməsi halında əldə edəcəyi ümumi gəliri açıqlayıb.
Komanda ingilis komandasını turnirdən kənarlaşdırarsa, son 8-ə qalmanın mükafatı olaraq 12,5 milyon avro əlavə qazanacaq. Ayaq basma haqqı olaraq 18,62 milyon avro alan qrup mərhələsində 3 qələbə və 1 bərabərlik nəticəsində 7 milyon avro performans mükafatı qazanan "Cimbom" liqadakı mövqeyi üçün 5,08 milyon avro, yayımlanma fondundan 8,41 milyon avro, UEFA reytinqi üzrə 2,42 milyon avro alıb.
16-cı turda play-off mərhələsi oynadığı üçün 1 milyon avro qazanan və 16-cı tura yüksəlmək qarşılığında 11 milyon avro əldə edən "Qalatasaray" ümumilikdə, 53,5 milyon avro qazanmağı təmin edib. 1/4 finala qalması halında bu məbləğ 66 milyon avroya yüksələcək.