Ayxan Abbasov klub rəhbərlərini sərt tənqid etdi - VİDEO

11:05 - 14 Mart 2026

Ayxan Abbasov klub rəhbərlərini sərt tənqid etdi - VİDEO

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov maraqlı açıqlamaları ilə diqqət çəkib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, ötən gün Misli Premyer Liqasının 24-cü turunda “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra danışıb.

A.Abbasov “yaxşı nəticələr qazanırsınız, amma “kasıb” komandalarda iş tapırsınız?” sualına belə cavab verib: “Bu sualın cavabı özümüzdədir. Nə zamana kimi özümüz özümüzə dəstək verməyəcəyiksə, düzəlməyəcək. Baxıram, adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikir. Nə vaxt özümüzə qiymət verəcəyik, klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək olar. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur. Uzun məsələdir.

Bir çox klub rəhbərləri artıq getməlidir. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil. Bir çox mütəxəssislər var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Bizim problemimiz tək məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasınca danışmasın”.

Çalışdırıcı həm “Şamaxı”da, həm Azərbaycan millisinin baş məşqçisi postunda işləməsi ilə bağlı tənqidlər barədə də fikirlərini açıqlayıb. O, iki yerdə işlədiyinə görə tənqid olunmasına münasibət bildirib: “Bilirəm, tələsməsinlər, yaydan bir yerdə işləyəcəyəm”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az