Basketbol millimiz FIBA Çempionlar Kubokunda ikinci oldu

15:51 - 15 Mart 2026

Basketbol millimiz FIBA Çempionlar Kubokunda ikinci oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda gümüş medal qazanıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, finalda Niderland seçməsi ilə üz-üzə gələn yığma 12:21 hesabı ilə uduzub.

Milli daha əvvəl ABŞ-yə qarşı keçirdiyi yarımfinal matçında 22:20 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, turnirin qalibi 2027-ci il FIBA 3x3 Çempionlar Kuboku, 2027-ci il FIBA 3x3 Dünya Kuboku və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya təsnifat turnirində iştirak hüququ əldə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az