Türkiyənin "Fənərbağça" klubunun prezident seçkiləri ilə bağlı yeni namizəd irəli sürülüb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Fənərbağça"nın keçmiş idarəçisi Hakan Safi prezidentliyə namizəd olmaq qərarını verib.
Əli Koç dövründə idarəçilik edən və Kerem Aktürkoğlu transferində mühüm rol oynayan Hakan Safi sarı-lacivərtlərin gələcəkdə keçirilməsi mümkün olan prezident seçkilərində namizəd olduğunu açıqlayıb.