"Milan" hücumçusu Rafael Leaunu satmağa hazırdır.
Manset.az La Gazzetta dello Sport nəşrinə istinadən xəbər verir ki, buna portuqaliyalı futbolçunun A Seriyasının XXIX turunda "Latsio" ilə matçda (0:1) əvəzlənməsinə verdiyi emosional reaksiya səbəb olub.
Martın 15-də baş tutan qarşılaşmanın 66-cı dəqiqəsində meydanı tərk etməli olan 26 yaşlı forvard narazılığını aktiv şəkildə ifadə etməyə başlayıb. Leau ona dəstək olmaq istəyən komanda yoldaşlarını itələyib və baş məşqçi Massimiliano Alleqriyə etirazını bildirib.
Mənbənin məlumatına görə, klub rəhbərliyi müqavilədəki 170 milyon avro təzminat məbləğinə baxmayaraq, futbolçu üçün gələn 80 milyon avrodan başlayan təklifləri dəyərləndirməyə hazırdır.