Lebron Ceyms NBA-da rekord qırdı 

12:54 - 22 Mart 2026

Lebron Ceyms NBA-da rekord qırdı 

Lebron Ceyms NBA-nın müntəzəm mövsümlərində keçirilən oyunların sayına görə rekord müəyyənləşdirib.


Manset.az xəbər veriri ki, bu barədə liqa məlumat yayıb.

"Los-Anceles Leykers"in hücumçusu "Orlando"ya qarşı keçirilən oyunda (105:104) meydana çıxmaqla 1 612-ci matçını keçirib və bu göstərici ilə Robert Perişi geridə qoyub.

41 yaşlı basketbolçu karyerası ərzində 4 dəfə NBA çempionu olub, 4 dəfə mövsümün ən dəyərli oyunçusu seçilib və 4 dəfə final seriyasının MVP-si adına layiq görülüb.

Qeyd edək ki, Lebron Ceyms həm də liqa tarixində ən çox xal toplayan və ən çox mövsüm keçirən oyunçudur. Hazırkı mövsüm onun NBA-da 23-cü mövsümüdür. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az