İkardidən "Qalatasaray"a qarşı gözlənilməz addım

15:23 - 26 Mart 2026

İkardidən \"Qalatasaray\"a qarşı gözlənilməz addım

"Qalatasaray"ın hücumçusu Mauro İkardi borca görə klub rəhbərliyinə xəbərdarlıq edib. 


Manset.az Offsideplus.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu imic hüquqlarına görə ona ödənilməli olan 4 milyon avronu hələ də ala bilmədiyi üçün bu addımı atıb.

Forvardın kluba xəbərdarlıq məktubu göndərməsi rəhbərlik tərəfindən narazılıqla qarşılanıb.

Qeyd edək ki, Mauro İkardi imic hüquqi ilə bağlı müqaviləni "Qalatasaray"ın sabiq vitse-prezidenti Erden Timur və klub konqresinin keçmiş üzvü Murat Özkaya ilə imzalayıb. Həmin şəxslər həbs edildikləri üçün futbolçu ona vəd olunan vəsaiti əldə edə bilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az