"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik tezliklə meydana qayıdacaq.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb.
Rubenin fevralın sonunda A Seriyasında "Parma" ilə oyunda (0:1) çənəsi sınmışdı. Oyunçunun mövsümün qalan hissəsində meydanlardan kənarda qala biləcəyi gözlənilirdi, amma sağalma prosesi planlaşdırıldığından daha sürətli gedib.
Ruben bu mövsüm 27 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.