Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.
Manset.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.