Daha az maaşla klubunda qaldı

00:30 - 09 Aprel 2026

Daha az maaşla klubunda qaldı

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandada qalmaq üçün daha sərfəli təkliflərdən imtina edib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu həftəlik 190 min funt sterlinq maaşının azaldılmasına razılaşaraq klubda qalmağı seçib. “Qırmızı şeytanlar” onunla 1 illik yeni müqavilə imzalayıb, razılaşmada əlavə 12 ay uzatma bəndi də var.

Bildirilir ki, Maquayra "Napoli” və “İnter Mayami” klubları yüksək maaş təklif etsə də, o, karyerasını “Mançester Yunayted”də davam etdirmək qərarı verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az