Osimhen bu tarixdə meydanlara qayıdır - "Qalatasaray" açıqladı

11:51 - 10 Aprel 2026

Osimhen bu tarixdə meydanlara qayıdır - \"Qalatasaray\" açıqladı

Victor Osimhenin zədə sonrası meydanlara qayıtma tarixi dəqiqləşib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Gençlerbirliği" ilə keçiriləcək qarşılaşmada qısa müddət oynayacağı gözlənilən nigeriyalı ulduzun "Fənərbağça" ilə keçiriləcək derbidə meydana çıxması gözlənilir.

Qolu qırıldıqdan sonra əməliyyat olunan və reabilitasiya prosesinə başlayan nigeriyalı ulduz son günlərdə fizyoterapistlə birlikdə məşqlərə başlamışdı. Osimhenin sahələrə dönüşü üçün sayılı günlər qalıb.

Göztepe ilə oyundan sonra danışan baş məşqçi Okan Buruk, "Gençlerbirliği ilə oyunda şərait uyğun olarsa, komandada ola bilər, amma "Fənərbağça" ilə matçda da bu ola bilər" - ifadələri ilə ulduz futbolçunun dönüşü ilə bağlı ipucları verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az