Bu gün “Qarabağ”ın oyunu var 

11:17 - 11 Aprel 2026

Bu gün “Qarabağ”ın oyunu var 

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVII turun üç oyunu keçiriləcək.


Manset.az xəbər verir ki, əvvəlcə meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxacaq. Şamaxı şəhər stadionunda təşkil olunacaq görüş saat 15:30-da başlayacaq.

Saat 18:00-da start götürəcək ikinci görüşdə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olacaq.

Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az