Silva Ronaldonu geridə qoydu

20:16 - 13 Aprel 2026

Silva Ronaldonu geridə qoydu

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silva Premyer Liqa tarixində ən çox oyun keçirən portuqaliyalı futbolçu olub.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, "Çelsi" ilə matçda (3:0) meydana çıxan futbolçu Premyer Liqada 297-ci oyununu keçirərək Luiş Boa Mortenin rekordunu geridə qoyub.

Portuqaliyalı oyunçuların Premyer Liqada keçirdiyi oyun sayına görə sıralaması isə belədir:

  • Bernardu Silva: 297 oyun ("Mançester Siti")
  • Luiş Boa Morte: 296 oyun ("Arsenal", "Sauthempton", "Fulhem", "Vest Hem")
  • Kriştiano Ronaldo: 236 oyun ("Mançester Yunayted")

Qeyd edək ki, Bernardu Silva 2017-ci ildən "Mançester Siti"nin formasını geyinir. Bu müddət ərzində o, "şəhərlilər"in heyətində bütün turnirlərdə ümumilikdə 451 matça çıxıb, 76 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az