Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” və “Sabah” arasındakı oyunun biletlərinin satış vaxtı və qiymətləri məlum olub.
Manset.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşıb.
Bildirilir ki, biletlər sabah saat 15:00-dan etibarən iTicket.az-da satışa təqdim olunacaq. Qiymətlər sektorlara uyğun olaraq 5-20 manat aralığındadır.
16, 17 və 18 aprel tarixlərində isə biletləri həm iTicket.az-dan onlayn, həm də Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən “Qarabağ” FK fanşopddan, eləcə də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, stadionun qapıları azarkeşlərin girişi üçün oyunun start fitindən 120 dəqiqə (2 saat) əvvəl açılacaq. Azarkeşlərə sıxlıq yaranmaması üçün stadiona vaxtından əvvəl gəlmək tövsiyə olunur.