"Qalatasaray"da meydanlara qayıtmağa hazırlanan Victor Osimhen üçün xüsusi bandajla iştirak edəcək.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, komandasını daha çox tək qoymaq istəməyən nigeriyalı futbolçu da fədakarlıq etməyə hazırdır.
"Qalatasaray"ın hücumçusu Victor Osimhen yaşadığı zədələrdən sonra formasına qovuşmaq üçün gün sayır. Həm qolundan, həm də dizindən əməliyyat keçirmiş ulduz futbolçu çempionluq yolunda kritik bir mərhələyə daxil olarkən komandasını yalnız qoymamaq üçün böyük bir fədakarlıq göstərir.