"Sabah" yarımfinala vəsiqə qazandı

21:38 - 17 Aprel 2026

\"Sabah\" yarımfinala vəsiqə qazandı

"Sabah" Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanıb.


Manset.az Report-a istinadən xəbər verir ki, komanda buna 1/4 final mərhələsinin ikinci oyununda "Naxçıvan"ı məğlub etməklə nail olub.

Bakı İdman Sarayındakı qarşılaşma 97:86 hesabı ilə yekunlaşıb.

İlk görüşdə "Sabah" 106:74 hesabı ilə üstün olub.

Günün ilk matçında "Abşeron Lions" "Şəki"ni məğlub edərək (105:94, ilk oyun - 109:78) növbəti raunda yüksəlib.

Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.

Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az