"Neftçi" "Zirə" ilə heç-heçə etdi

22:11 - 17 Aprel 2026

 \"Neftçi\" \"Zirə\" ilə heç-heçə etdi

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub.

Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür.

Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az