"Barselona"dan "Atletiko"ya TƏKLİF

10:27 - 18 Aprel 2026

\"Barselona\"dan \"Atletiko\"ya TƏKLİF

"Atletiko"nun hücumçusu Aleksander Sörlot La Liqada klubunu dəyişə bilər.


Manset.az xəbər verir ki, "Barselona" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Matteo Moretto məlumat yayıb.

"Barselon" Sörlotu yayda müqaviləsi başa çatan Robert Levandovskinin davamçısı kimi düşünür. Kataloniya nəhəngi 30 yaşlı forvard üçün onun klubuna rəsmi təkliflə müraciət edib.

Qeyd edək ki, "Atletiko" Aleksander Sörlotu 2024-cü ilin yayında "Vilyarreal"dan 32 milyon avroya transfer edib. Norveç millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az