"Sabah" növbəti qələbəsini qazandı

22:12 - 27 Aprel 2026

\"Sabah\" növbəti qələbəsini qazandı

"Sabah" komandası Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.


Manset.az xəbər verir ki, Masazır təmsilçisi XXIX turun sonuncu matçında "Karvan-Yevlax"a qalib gəlib.

"Bank Respublika Arena"da reallaşan qarşılaşma 2:0 hesabı ilə bitib.

49-cu dəqiqədə Patrik Mbina, 55-ci dəqiqədə Aron Maluda fərqlənib.

Qonaqlardan Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydanda qovulub. Meydan sahiblərindən Aleksey İsayev 64-cü dəqiqədə qarşısında birbaşa qırmızı vərəqə görüb.

Günün ilk görüşündə "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib - 1:1.

Xatırladaq ki, daha əvvəl "Sumqayıt" "İmişli"ni (2:0), "Şamaxı" "Kəpəz"i (2:0), "Qarabağ" "Neftçi"ni (5:1) məğlub edib. "Qəbələ" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib - 1:1.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az