“Fənərbaxça” Tedesko ilə yollarını ayırdı

23:24 - 27 Aprel 2026

“Fənərbaxça” Tedesko ilə yollarını ayırdı

Türkiyənin “Fənərbaxça” komandası baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.


Manset.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.

Məlumata görə, idarə heyətinin toplantısından sonra baş məşqçi Domeniko Tedesko və onun köməkçiləri istefaya göndərilib.

Klub rəhbərliyi bununla kifayətlənməyərək idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə də yolları ayırmaq qərarına gəlib:

“Domeniko Tedesko və texniki heyəti, həmçinin idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi ilə yollarımız ayrılıb. Onlara klubumuza göstərdikləri xidmətlərə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının 31-ci turunda “Fənərbaxça” səfərdə əzəli rəqibi “Qalatasaray”a 3:0 hesabı ilə uduzmuşdu. Mövsümün sonuna qədər komandanı Zeki Murat Gölənin idarə edəcəyi qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az