"Barselona" Markus Reşfordu heyətdə saxlamağı planlaşdırır.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu icarədə olan hücumçunu birdəfəlik transfer etmək üçün "Mançester Yunayted"lə danışıqlar aparır və qiymətdə endirim əldə etməyə çalışır.
Jurnalist Nikolo Skiranın məlumatına görə, artıq futbolçu ilə 2030-cu ilə qədər müqavilə şərtləri razılaşdırılıb.
Qeyd edək ki, Reşford bu mövsüm "Barselona"nın heyətində 45 matçda meydana çıxıb, 13 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.