UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirildi

01:33 - 01 May 2026

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirildi

UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.


Manset.az xəbər verir ki, matçlardan biri İspaniyada, digəri Polşada baş tutub.

"Rayo Valyekano" İspaniyada Fransanın "Strasburq" komandası ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Ukraynanın "Şaxtyor" klubu isə Polşada İngiltərənin "Kristal Pelas" komandasına 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, raundun cavab görüşləri mayın 7-də baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az