Musa Qurbanlı üçün mövsüm başa çatdı

18:55 - 05 May 2026

Musa Qurbanlı üçün mövsüm başa çatdı

"Qarabağ"ın zədəli futbolçusu Musa Qurbanlının durumu bəlli olub.


Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, dizindən zədələnən 24 yaşlı hücumçu üçün artıq mövsüm başa çatıb. "Musanın dizində zədəsi var. Həkimlər müalicəsinə başlayıb. 2-3 həftə müalicəsi davam edəcək. Sonra məşqlərə başlaya biləcək".

Xatırladaq ki, Musa Qurbanlı Misli Premyer Liqasının 30-cu turunda "Turan Tovuz"la ötən gün keçirilən oyunda zədələnərək əvəzlənmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az