ŞOK QƏRAR! Aziz Yıldırım "Fənərbağça" prezidentliyinə namizəd oldu

14:15 - 06 May 2026

ŞOK QƏRAR! Aziz Yıldırım \"Fənərbağça\" prezidentliyinə namizəd oldu

Aziz Yıldırım "Fənərbağça" klubunun prezidentliyinə namizədliyini irəli sürüb. 


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, keçmiş "Fənərbağça" klubu prezidenti Aziz Yıldırım klubun növbədənkənar ümumi yığıncağında prezidentliyə namizədliyini açıqlayıb.

Həm namizədliyini irəli sürən, həm də birləşmə çağırışı edən Aziz Yıldırım yaydığı yazılı açıqlamada bildirib:

"Həmişə olduğu kimi çətin zamanlarda yanımda olan "Fənərbağça"lı azarkeşlərə qarşı vicdani borcum var. Çox sevdiyim "Fənərbaxça"mın gələcəyinə görə narahat olduğum üçün sizdən gələn çağırışa qulaq asaraq, indiyə qədər ortaya çıxan prezident namizədlərinə və bundan sonra ortaya çıxması ehtimal olunan namizədlərə demək istəyirəm: "Fənərbağça"nın bir və bütöv olduğunu göstərəcəyimiz möhtəşəm 120-ci il üçün "Fənərbağça" İdman Klubunun prezidenti postuna namizədəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az