"El Clasico" öncəsi "Real Madrid"ə Mbappedən xoş xəbər gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya La Liqasının 35-ci turunda keçiriləcək "El Clasico" qarşılaşmasında "Real Madrid" səfərdə "Barcelona" ilə üz-üzə gələcək.
10 may bazar günü yerli vaxtla saat 22:00-da Camp Nou stadionunda oynanacaq qarşılaşma ərəfəsində "Real Madrid" üçün əhəmiyyətli bir inkişaf yaşanıb.
İspaniyanın COPE nəşrində yer alan xəbərə görə, Real Madridin fransalı ulduz futbolçusu Kilian Mbappenin "El Clasico" oyununda meydana çıxacağı gözlənilir.