"Qalatasaray" klubunda Lucas Torreira dövrünün başa çatdığı bildirilir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sarı-qırmızılı komandanın uruqvaylı ulduz futbolçusunun komandadan ayrılacağı tarixlə bağlı mühüm irəliləyişin yaşandığı qeyd olunub.
“Qalatasaray”ın heyətində çoxsaylı uğurlar və çempionluqlar qazanan Lukas Torreyranın yay transfer dövründə komandadan ayrılmasının gözlənildiyi vurğulanıb.
Futbolçunun əvvəlki müsahibələrində Boca Juniors komandasında çıxış etmək istədiyini söylədiyi xatırladılıb. Məlumatda Torreyranın yenidən Cənubi Amerikaya qayıtmaq niyyətində olduğu bildirilib.