FİFA-dan “Qarabağ”a da transfer qadağası

23:48 - 09 May 2026

FİFA-dan “Qarabağ”a da transfer qadağası

FİFA "Qarabağ"a yeni futbolçuların qeydiyyatı ilə bağlı qadağa qoyub. 


Manset.az xəbər verir ki, bu qərar növbəti üç transfer dövrünü əhatə edəcək. Hazırda sanksiyanın hansı səbəbdən tətbiq edildiyi məlum deyil.

Klubun mətbuat katibi Anar Hacıyevin məlumatına görə, bununla bağlı hələlik rəsmi bildiriş gəlməyib: 

"Problemin nə olduğu bilinmir və bunun ciddi məsələ olduğunu düşünmürük".

Xatırladaq ki, oxşar vəziyyətlə "Neftçi" də üzləşmiş, lakin sonradan problem həll olunmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az