Qalatasaray tarix yazdı - Yenidən Türkiyə çempionu oldu

23:26 - 09 May 2026

Qalatasaray tarix yazdı - Yenidən Türkiyə çempionu oldu

Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.


Manset.az xəbər verir ki, turun bütün matçları eyni vaxtda start götürüb.

Keçirilən oyunlardan sonra həm çempionun, həm də digər mükafatçıların adına aydınlıq gəlib.

"Qalatasaray" "Antalyaspor"la qarşılaşıb. Görüş "sarı-qırmızılılar"ın 4:2 hesablı qələbəsi ilə nəticələnib. Komanda bununla da, tarixində 26-cı dəfə Türkiyə çempionu olub.

Xatırladaq ki, bu komandalar arasında mövsümün ilk yarısında Antalyada keçirilən görüş də “Qalatasaray”ın 4-1 hesablı üstünlüyü ilə başa çatmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az