“Bernli”nin müvəqqəti baş məşqçisi Mayk Cekson “Arsenal”a 0:1 hesablı məğlubiyyətdən sonra hakimdən narazı qalıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, matçın 69-cu dəqiqəsində Kay Havertzin Lesli Uqoçukvuya qarşı etdiyi müdaxilə mübahisəyə səbəb olub. VAR-a baxılmasına baxmayaraq baş hakim epizodu meydanda yoxlamayıb və futbolçu qırmızı vərəqə almadan oyunda qalıb.
Cekson isə həmin epizodun birbaşa qırmızı vərəqəlik olduğunu bildirib və qərarı tənqid edib. Onun sözlərinə görə, bu cür epizod matçın nəticəsinə ciddi təsir göstərə bilərdi.
Qeyd edək ki, “Arsenal” hazırda Premyer Liqada 82 xalla liderdir və çempionluğa yaxınlaşır.