Bu gün UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Zirə" - "Torpedo Kutaisi" (Gürcüstan) oyunu keçiriləcək.
Manset.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengeliya stadionunda oynanılacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.