logo
logo logo
logo

"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov

23:33 - 08 İyul 2026

\"Torpedo\" bizdən daha hazırlıqlı idi\" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Torpedo" komandası üzərində qazanılan qələbəni (3:0) şərh edib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis qarşıdakı cavab matçının vacibliyindən danışıb:

"Rəqibin heyətində yaxşı oyunçular var və komanda olaraq onlar bizdən daha yaxşı hazırlıqlı idilər. Biz onlara müqavimət göstərməyə çalışdıq. Bu, alındı. Daha çox qol vura bilərdik. Hesab edirəm ki, bu gün "Torpedo" da qalib gələ bilərdi. Bu, futboldur, burada 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir. Qarşıda bizi vacib cavab matçı gözləyir. Bu görüşə ciddi hazırlaşmaq lazımdır. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az